QHT gəncləri ödənişsiz təlimlərə dəvət edir

“Turan” İstedadlar Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər üçün peşə kurslarının təşkili və onların müvafiq işlə təmin olunmasına dəstək” layihəsinə start verib.
QHT.az xəbər verir ki, təşkilat layihə çərçivəsində  santexnik və elektrik ixtisasları üzrə peşə təlimləri təşkil edir. Təlimdə iştirak edən gənclərin istehsalat təcrübəsi keçməsinə və müvafiq işlə təmin olunmasına yardım göstəriləcək.
Arzu edənlər 28 fevral 2022-ci il tarixədək Turan” İstedadlar Birliyinə müraciət edə bilər.
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli keçəsi 156, “Aynalı Plaza”, 4-cü mərtəbə.
E-mail: info@turan-ib.az
Telefon: (050) 203 12 17
ƏvvəlkiAzərbaycan – İraq oyunu heç-heçə ilə yekunlaşıb
NövbətiOPEC+ hasilatla bağlı qərar verdi, Azərbaycan da razılaşdı