Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində tədbir keçirilib

17 Mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasına üzv gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq ölkədə aparılan gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib, gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın belə bir görüşü təşkil etməsini yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində tədbir keçirilib

Görüşdə çıxış edən ARGTMŞ-nın sədri Azər Əliyev öz növbəsində Agentliyin icraçı direktoru Aygün Əliyevaya təşəkkürünü bildirirək vurğulayıb ki, Milli Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət qurumları rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və fikir mübadiləsi aparılır.

Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
ƏvvəlkiPrezident İlham Əliyev: Biz idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq
Növbəti“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı təqdim olundu