Qazimiz hərbi xidmətini uğurla başa vurdu

Rəfiyev Elşad Balaseydi oğlu 17.07.1973-cü ildə Qazı-Məmməd şəhərində anadan olub. 1979-1990-cı illərdə Qazı-Məmməd şəhəri 9 nömrəli məktəbdə təhsil alıb. Məktəbi yüksək qiymətlərlə başa vurub. 1991-ci ildə Əli-Bayramlı şəhər 152 nömrəli peşə məktəbini fərqlənmə ilə bitirib. 1991-1996-cı ildə Azərbaycan Politexniki İnstitunun mühəndislik ixtisasnı bitirib.

Ehtiyyatda olan zabitdir, 21 sentyabrda səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılıb.

Fizuli, Hadrut, Cəbrayıl, Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Hal-hazırda qazimiz hərbi xidmətini uğurla başa vuraraq evinə dönmüşdür.

İgid zabitimizə can sağlığı, uzunömür arzulayırıq. Xalqımız öz igid övladlarını tanımalıdır.

Rəfiyev Elşad Rəfiyev Elşad

ƏvvəlkiMüdafiə Nazirliyi Zəngilan rayonunun Tiri kəndinin videogörüntülərini paylaşıb
Növbəti“ƏDV-ni geri al” “İlin innovasiya layihəsi” seçilib