Qazaxıstanın xüsusi xilasetmə qrupu Türkiyəyə yola düşüb

Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra Qazaxıstandan gələn axtarış-xilasetmə qrupu, eləcə də səhiyyə işçiləri sakinlərə yardım etmək üçün Türkiyəyə yola düşüb.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Qazaxıstan Respublikası fövqəladə hallar nazirinin müavini İbrahim Kulşimbayev bildirib.

“Bu gün səhər saatlarında Türkiyənin Şərqi Aralıq dənizi bölgələrində silsilə zəlzələlər baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin operativ xüsusi xilasetmə qrupları hazırlanıb. 41 nəfərlik komandada fəlakətdən xilasetmə qrupu ilə yanaşı, səhiyyə işçiləri də var”, – Külşimbayev deyib.

Nazir müavini qeyd edib ki, axtarış-xilasetmə qrupu xüsusi texnika formasında avadanlıqla yanaşı, xilasetmə maşınları, tibbi avadanlıqlar, pnevmatik modul çadırlar, hidravlik xilasetmə maşınları ilə gəlir. Heyəti həmçinin xüsusi xidməti itlər də müşayiət edəcək.

Almatıdan ayrılan komanda bu axşam Qaziantep hava limanına çatacaq və ən qısa zamanda fəlakət bölgəsinə gedəcəklər.

ƏvvəlkiNazir: İtaliya Türkiyəyə xilasetmə briqadası göndərib
NövbətiTürkiyədə yeddigünlük milli matəm elan edilib