Qazaxıstanda poliqonda partlayışda baş verib

Qazaxıstanın Almatı vilayətində yerləşən “Qazaxıstan” təlim poliqonunda partlayış baş verib, nəticədə 10 hərbçi xəsarət alıb.

Türk.az “İnterfaks”a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyindən hadisənin dünən hədəf sahəsinin hazırlanması zamanı baş verdiyini bildiriblər.

Hələ müəyyən edilməyən əşyanın partlaması nəticəsində 10 hərbçi yaralanıb, həkimlər dərhal sahə şəraitində onlara ilk tibbi yardımı göstəriblər.

Hazırda hərbçilərin vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiEkologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfi Xəzər dənizini ekoloji inkişaf və sabitlik zonasına çevirməkdir
NövbətiTürkiyə, Rusiya və İran prezidentləri Tehranda görüşəcək