Qazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb

Qazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb. Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, ölən şəxs 50 yaşındadır. O, martın 21-də Nur-Sultan şəhərində xəstəxanaya yerləşdirilib. Onun ailə üzvləri və təmasda olduğu iş yoldaşları – 31 nəfər xəstəxanaya yerləşdirilib. Digər 55 nəfər barəsində ev karantini müəyyən edilib. Bundan başqa iki yaxın ailə üzvündə koronavirus infeksiyası aşkar edilib.

Xatırladaq ki, əvvəllər koronavirusdan Akmola vilayətinin 64 yaşlı sakini vəfat etmişdi.

Son məlumatlara görə, Qazaxıstana koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 325 nəfərə çatıb.

ƏvvəlkiCəlilabadda evdən 80 min manatlıq oğurluq edildi
Növbətiİranda pandemiyadan ölənlərin sayı 2 898-ə çatdı