Cəlilabadda evdən 80 min manatlıq oğurluq edildi

Cəlilabad rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 200 000 rubl (31 800 manat), 19 500 ABŞ dolları və 15 000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.

ƏvvəlkiÜnvanlı sosial yardım alanların sayı açıqlandı
NövbətiQazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb