Qazaxın daha bir idmançısı ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olub

Mayın 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.

Turnirin birinci gününün yarışlarında yaşı 17-yədək olan atletlərdə 61 kiloqram çəki dərəcəsində fərqlənənlərin adları da məlum olub. Toplam 218 kiloqram (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kiloqram (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kiloqram (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.

Əvvəlki“Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirildi
NövbətiTrend BİA və SOCAR adından feyk məlumatlar yayılır