“Qafqazinfo”nun 12 yaşı tamam olur

Bu gün “Qafqazinfo” internet qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.

“Report”un xəbərinə görə, portalın 12 yaşı tamam olur.

“Qafqazinfo.az” internet qəzeti 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.qafqazinfo.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “Qafqazinfo” siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da aktiv iştirak edə bilərlər.

Redaksiyada və qəzetin internet saytında “qaynar xətt” fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.

“Report” İnformasiya Agentliyinin kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Türk.az kollektivi həmkarlarını təbrik edir, yaradıcılıq uğurları arzulayır.

ƏvvəlkiUkraynada daha bir jurnalist həlak oldu
NövbətiPrezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib