Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində media-turlar təşkil olunub

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunub.

Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə çəkilişlər aparıb, orada xidmət edən Vətən müharibəsi iştirakçılarından müsahibələr götürüblər.

Hərbi qulluqçular 44 günlük müharibə ərzində icra olunan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Media-turlar çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də yaxından tanış olublar.

ƏvvəlkiPrezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub
NövbətiUEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub