Qabonun sabiq baş naziri keçid hökumətinin başçısı təyin edilib

2012-ci ilin fevralından 2014-cü ilin yanvarınadək Qabonun Baş naziri işləmiş Raymond Ndonq Sima adıçəkilən Afrika ölkəsinin keçid hökumətinin başçısı təyin edilib.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi Qabonda hakimiyyəti ələ keçirmiş üsyançılara istinadən məlumat yayıb.

Xatırladaq ki, avqustun 30-da Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya ilə hakimiyyəti ələ aldıqlarını elan ediblər.

Üsyançılar avqustun 26-da üçüncü müddətə namizədliyini irəli sürən Əli ben Bonqo Ondimbanın qalib gəldiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər onun ailəsi və həkimlərinin əhatəsində ev dustağı olduğunu bildiriblər. Avqustun 30-da generalların iclasında Bris Kloter Oliqi Nqema keçid dövrü üçün dövlət başçısı təyin edilib.

ƏvvəlkiCeyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
NövbətiŞamaxıda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb