Putin Cənubi Osetiya və Abxaziya liderləri ilə görüşəcək

Rusiya lideri Vladimir Putin Moskvada Abxaziya və Cənubi Osetiyanın rəhbərləri Anatoli Bibilov və Raul Hacimba ilə görüş keçirəcək.

Türk.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat verilib.

Bildirilir ki, Hacimba və Bibilovun Rusiya paytaxtına səfərləri diplomatik münasibətlərin 10 illiyinə həsr olunub.

Kremlin mətbuat xidmətindən o da bildirilib ki, tərəflər müxtəlif sahələrdə gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

ƏvvəlkiAslan Aslanov doğulduğu kənddə dəfn olunacaq
NövbətiCinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb