Probasiya Xidmətinin qeydiyyatında olanların statistikası

Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Probasiya Xidmətinin qeydiyyatında olan 4 980 azadlığın  məhdudlaşdırılması, 6 217 cərimə, islah və ictimai işlər, 2 566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2.481 şərti məhkum edilmiş və 157 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin  2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir.

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.

Əvvəlkiİlham Əliyev Rusiyanın Ermənistana silah verməsinə görə Putinə zəng etdi
Növbəti“Travel Business Azerbaijan Online”a 500 yerli və xarici iştirakçı qatılacaq