Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilir

Bu gün Bakıda “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda tədbir keçirilir.

“Report”un xəbərinə görə, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki qurumun rəsmi şəxsləri və QHT nümayəndələri iştirak edirlər.

Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, onlarda istifadə vasitələri, bu sahədə vəkillərin yaşadıqları problemlərlə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, vəkillər tərəfindən dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı monitorinqin nəticələrinə dair, Vəkillər Kollegiyasının rəhbərliyinin, dövlət hesabına hüquqi yardımı həyata keçirən bütün qurumların rəhbərlərinin və fərdi qaydada fəaliyyət göstərən vəkillərin ümumrespublika müşavirəsi keçiriləcək.

ƏvvəlkiXalq şairi Ramiz Rövşənlə görüş keçirilib
NövbətiMətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib