Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bəzi ölkələrə çağırış edib: “Sülhə mane olmayın!”

“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

“Düşünürük ki, bu gün əldə olunan razılıq tam şəkildə icra ediləcək. Bu isə sülh prosesinə rəvac verəcək”, – o söyləyib.

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: “Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm”.

ƏvvəlkiErmənilərin Qarabağdakı 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib
NövbətiPrezidentin köməkçisi: “Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”