Ermənilərin Qarabağdakı 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, silah-sursatı tükənən erməni silahlıları döyüş meydanını tərk edib.

Əvvəlkiİtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək
NövbətiPrezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bəzi ölkələrə çağırış edib: “Sülhə mane olmayın!”