Prezident xalq rəssamını təltif etdi

Prezident İlham Əliyev heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

ƏvvəlkiMuğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyi keçiriləcək
NövbətiRazılaşdırılmamış aksiya ilə bağlı DİN-dən növbəti xəbərdarlıq