Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

ƏvvəlkiSofiyada qaz interkonnektorunun açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları üçün rəsmi lanç verilib
NövbətiUkrayna hərbçiləri Liman şəhərini və daha 5 yaşayış məntəqəsini azad edib