Polşada prezident seçkiləri: Anjey Duda birinci turda liderlik edir

Polşa Prezidenti Anjey Duda seçicilərin 45,73 faiz səsini toplayaraq ölkə başçısı postuna seçkilərinin ilk turunda liderlik edir.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu nəticə seçki bülletenlərinin 82,2 faizinin hesablanmasından sonra qeydə alınıb.

Polşanın hazırkı dövlət başçısının əsas rəqibi – Varşava şəhərinin meri, ölkənin ən böyük müxalif “Vətəndaş platforması” partiyasını təmsil edən Rafal Tşaskovski 28,51 faiz səs toplayaraq ikinci yeri tutur.

Beləliklə, namizədlərdən heç biri ilk turda qələbə qazanmaq üçün yetərincə səs toplaya bilməyib və onlar iyulun 12-də keçiriləcək ikinci turda mübarizəni davam etdirəcəklər.

ƏvvəlkiBakı metrosunda yeni qatarlar xəttə buraxıldı
Növbəti“Azərbaycan Sənaye Bankı”nın sədri koronavirusdan ölüb