Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı

Bu ayın əvvəlində Rusiyadan gətirilərək “Bakı Metropoliteni” QSC-nin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan 2-si artıq xətdədir.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumdta deyilir ki, ötən müddət ərzində 81-765.B/766.B seriyalı yeni ən son nəsil vaqonların “Nərimanov” elektrik deposunda sazlanması və sınaqları üzrə işlər tamamlanaraq, istehsalçı “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin müvafiq razılığı alınaraq, aktlaşdırılıb və “Bakı Metropoliteni” sədrinin əmri ilə xəttə buraxılıb.

Bununla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.

ƏvvəlkiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub
NövbətiPolşada prezident seçkiləri: Anjey Duda birinci turda liderlik edir