Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb

Pirallahı rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

ƏvvəlkiAzərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib
NövbətiAzərbaycan kuboku: Bombardirlərin sayı üçə çatıb