Azərbaycan kuboku: Bombardirlərin sayı üçə çatıb

Azərbaycan kuboku yarışlarının 2022-2023-cü il mövsümünün bombardirlərinin sayı üçə çatıb. “Neftçi” ilə final oyununda yeganə qolun müəllifi olan İsnik Alimi turnirin ən məhsuldar futbolçularına çatıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, “Qəbələ”nin yarımmüdafiəçisinin üçüncü qolu olub. O, şimali makedoniyalı legioner Emmanuel Apeh (“Sabah”) və Franko Mazurekə (“Səbail”) şərik olub.

Ümumilikdə, mövsümün 19 matçında 51 qol vurulub. Orta məhsuldarlıq 2,68-ə bərabər olub.

Bu qollara 37 futbolçu imza atıb. Fərid Nəbiyev (“Kəpəz”), Emin Mahmudov, Kenni Sayef (hər ikisi “Neftçi”), Musa Qurbanlı (“Qarabağ”), Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı “Qəbələ”), Davit Volkov (“Sabah”) hərəyə 2 qol vurublar. Digər oyunçular – Mixeil Erqemlidze, Abdullahi Şuaybu (hər ikisi “Kəpəz”), Yeqor Boqomolski (“Neftçi”), Emil Səfərov, Məqsəd İsayev, Omar Hani, Ülvi İsgəndərov (hamısı “Qəbələ” ), Coy Lens Mikels, Kristian Sebalyos (hər ikisi “Sabah”), Ədilxan Qarəhmədov, Emil Martinov, İlkin Muradov, Kizito Luvaqa, Maksim Çex, Mirabdulla Abbasov, Qoba Zakpa (hamısı “Səbail”), Ehtiram Şahverdiyev, Faiq Hacıyev, Natan Oduva, Runi Eva, Denis Marandiçi, Xəyal Nəcəfov (hamısı “Turan Tovuz”), Dmitrios Çantakias, Loris Broqno, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə (hamısı “Zirə”) isə hərəyə 1 qola seviniblər.

ƏvvəlkiPirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb
Növbətiİlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib