Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı oktyabrın 30-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda estetika və mədəni özünüifadə, geyim üzrə dizayner, bərbər-vizajist-manikürçü, hesablama əməliyyatları, xarici dildə ünsiyyət, aşpaz, kompüter operatoru, dizayner, xalçaçı ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
NövbətiErmənistan Adventist kilsəsinin pastorunu zorla müharibəyə göndərib