Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 8-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda avtomatika üzrə usta, kompüter operatoru, dizayner, qənnadçı-şirniyyatçı, sənayedə quraşdırma işləri üzrə usta, mehmanxana inzibatçısı, bitkiçilik mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, üzüm və şərab ustası ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiAzərbaycan və Rusiya XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
NövbətiTürkiyə Azərbaycana yeni səfir təyin edib