Türkiyə Azərbaycana yeni səfir təyin edib

Ahmet Demirok Türkiyənin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

“Report” NTV-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin Serbiyadakı, Hasan Murat Mercan isə ABŞ-dakı səfiri təyin edilib.

Qeyd edək ki, A.Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub. O, 2013-ci ildən 2017-ci ilədək ölkəsinin Qətərdəki səfiri olub.

Xatırladaq ki, Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

ƏvvəlkiPeşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
Növbəti2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir