Peşə təhsili müəssisələrindən 474 nəfər ixtisasartırma təlimlərinə cəlb olunub

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi İKT bilik və bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimləri keçirəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətindən 474 nəfərin ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulub.

Bakı, Sumqayıt və Abşeron–Ceyranbatan regionlarında fəaliyyət göstərən 14 peşə təhsili mərkəzində keçirilən təlimlər 2 həftə davam edəcək.

ƏvvəlkiPrezident Administrasiyasına yeni rəhbər təyin edilib
Növbəti“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib