Pekin metrosunda baş verən insidentdə 30-dan çox sərnişin xəsarət alıb

Pekin metrosunda baş verən insident nəticəsində 30-dan çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC Pekin meriyasının nəqliyyat idarəsinə istinadla xəbər verir ki, şaxtalı havanın hökm sürdüyü dekabrın 14-də yerli vaxtla axşam saat 7 radələrində metronun Çanpin xəttinin yerüstü hissəsində hərəkətdə olan qatarın son iki vaqonu qatardan ayrılıb. Fövqəladə hallar, tibb və nəqliyyatda hərəkətə nəzarət briqadaları dərhal hadisə yerinə cəlb olunub. Sərnişinlər qatardan təxliyə edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Pekin metrosunun Çanpin xətti şəhər mərkəzini Çanpin rayonu ilə birləşdirir və bu marşrutla gündə orta hesabla 400 min sərnişin daşınır.

Əvvəlkiİqlim konfransları tarixində ilk dəfə COP-un yekun sənədinə “qazıntı yanacağından digərinə keçid” çağırışı daxil edilib
NövbətiSahibə Qafarova mərakeşli həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb