Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dinləmədə Milli Məclisin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırımına məruz qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər.

ƏvvəlkiBŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 mindən çox şagird bitirir
NövbətiHərbi vəzifəlilərin təlim toplanışı davam edir