BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 66 mindən çox şagird bitirir

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtda 45 min 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 min 132 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28 min 410 müəllim fəaliyyət göstərir.

2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 min 902 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

ƏvvəlkiAzərbaycan III MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək
NövbətiParlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək