Paris-2024 Yay Olimpiya oyunlarına xərclənəcək vəsaitin məbləği açıqlanıb

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkili üçün 7,1 milyard avro vəsait xərclənə bilər.

Trend-in məlumatına görə, bunu Paris Olimpiadasının təşkilat komitəsinin rəhbəri Mişel Aloizio deyib.

Qeyd olunur ki, bu vəsaitin 3,2 milyard avrosu idman obyektlərinin tikintisi və abadlaşdırılmasına yönələcək. Bu sahə üzrə dövlət 933 milyon avro ilə ən böyük investor olacaq.

Bundan başqa, 3,9 milyard avro sırf təşkilati tədbirlərə ayrılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış Tokio 2020 Yay Olimpiya Oyunlarına 15,4 milyard vəsait xərclənmişdi. Tokio 2020 tarixin ən bahalı Olimpiadası hesab olunub.

ƏvvəlkiÇilidə COVID-19 qurbanlarının xatirəsinə ikigünlük matəm elan edilib
NövbətiAzərbaycanda koronavirus infeksiyasına 1736 yeni yoluxma faktı qeydə alınıb