Pantomima Teatrı yeni mövsümə “Pantomima buketi” ilə başlayacaq

Azərbaycan Dövlət Pantomima Teatrı 30-cu teatr mövsümünü sentyabrın 24-də “Pantomima buketi” tamaşası ilə açacaq.

AZƏRTAC xəbər verir ki, tamaşa Xalq artisti, teatrın baş rejissoru Bəxtiyar Xanızadənin quruluşunda təqdim ediləcək.

Səhnə əsərinin musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşa qarışıq nömrələr əsasında hazırlanıb.

ƏvvəlkiAzərbaycanda “TURKOVAC” vaksinin sınaqları ilə bağlı məlumatlar Türkiyəyə təhvil verilib
NövbətiErmənistan tərəfinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb