Azərbaycanda “TURKOVAC” vaksinin sınaqları ilə bağlı məlumatlar Türkiyəyə təhvil verilib

“Azərbaycanda “TURKOVAC” vaksinin 3-cü faza klinik sınaqları davam edir. Artıq ilkin məlumatlar toplanılaraq Türkiyə tərəfinə daha dəqiq və dərin təhlil üçün təhvil verilib”.

Bunu “Report”un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.

Nazir hesab edir ki, qısa müddətdə Azərbaycanda keçirilən sınaqlar “TURKOVAC”dan sonra silsilə gələn vaksinlər üçün öz töhfəsini verəcək.

Qeyd edək ki, sınaqlar Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

ƏvvəlkiDYP: “Yol polisi ilə mübahisə edən sürücü cəzalandırılıb”
NövbətiPantomima Teatrı yeni mövsümə “Pantomima buketi” ilə başlayacaq