Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi kimi Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,  2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Padar stansiyasında 14 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

ƏvvəlkiXəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
NövbətiAzərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib