Pəncşirdə “Taliban”la müqavimət qüvvələri arasında toqquşma olub

Əfqanıstanın Pəncşir əyalətində “Taliban” hərəkatının nümayəndələri ilə müqavimət qüvvələri arasında toqquşma olub.

“Report” bu barədə “TOLO News”a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, müqavimət qüvvələri “Taliban”ın hücumunu dəf edə bilib.

Bir gün əvvəl “Taliban” müqavimət qüvvələrinin nəzarətində olan Pəncşir əyalətinə yüzlərlə döyüşçü göndərdiyini elan edib.

Ötən gün “Taliban” Pəncşirdə müqavimət qüvvələrinin mühasirəyə alındığını bəyan edib.

ƏvvəlkiZəfər bayramı İstanbulda da böyük coşqu ilə qeyd edilib
NövbətiTürkiyə ordusu 16 terrorçunu zərərsizləşdirib