Özbəkistan Türkiyəyə xilasetmə qrupları göndərəcək

Özbəkistan Türkiyəyə xilasetmə qrupları göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında yazıb.

O, qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Şavkat Mirziyoyev Türkiyədə güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə Ərdoğana bir daha başsağlığı verib.

ƏvvəlkiAzərbaycan Prezidentinin tapşırığı ilə Türkiyəyə yardım üçün daha iki təyyarə yola salınacaq
NövbətiSahibə Qafarova Misir Senatının sədri ilə görüşüb