Özbəkistan Prezidenti: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

“Siz Özbəkistanın həmişə – əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür”.

Türk.az xəbər verir ki, bu sözləri bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayev söyləyib.

Özbəkistan Prezidenti “Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. Biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir” – deyib.

Qeyd edək ki, Özbəkistan Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsini hər zaman vurğulayır.

ƏvvəlkiSığırlı stansiyasında baş verən hadisə ilə bağlı açıqlama
NövbətiAlimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblər