Özbəkistan Prezidenti Azərbaycana səfərə gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Ş.Mirziyoyevin mətbuat xidmətindən bildirilib.

Özbəkistan Prezidentinin Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun sammiti keçiriləcək.

ƏvvəlkiOmbudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib
NövbətiAlbaniyada zəlzələ baş verib