Ötən il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bununla bağlı rəqəmlər “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Qeyd olunub ki, ötən il qısqanclıq və ailə münaqişəsi zəmnində 973 cinayət qeydə alınıb.

2020-ci ildə ölkə üzrə qadınlara qarşı 5 176, o cümlədən zorakılıqla müşayiət olunan 2 067 cinayət törədilib. Həmin cinayətləri törətmiş 2 414 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.

ƏvvəlkiVergi Məcəlləsinə dəyişikliklər ediləcək
NövbətiÇörək sexində saxta əsginas təqdim edən şəxs tutulub