Çörək sexində saxta əsginas təqdim edən şəxs tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 23-də iki nəfərin S.Dərvişovaya şəhər ərazisindəki işlədiyi çörək sexində, C.Əhmədova və R.Qurbanova isə idarə etdikləri avtomobillərdə hər birinə 20 manatlıq saxta əsginas vermələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin əsginasları vermiş Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova müəyyənləşdirilərək saxlanılıblar.

Onların yaşadıqları evə baxış zamanı 3 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 13 ədəd 5 manatlıq və 16 ədəd 1 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanıb.

ƏvvəlkiÖtən il Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlanıb
NövbətiValentina Matviyenko Prezident İlham Əliyevə telefonla zəng edib