Norveçdə COVID-19-un “delta” ştamının yeni mutasiyası aşkar edilib

Norveçdə COVID-19-un “delta” ştamının yeni mutasiyası aşkar edilib.

AZƏRTAC Norveç KİV-lərinə istinadən xəbər verir ki, tədqiqatçıların aldığı ilkin nəticələrə görə, yeni variant adi “delta” ştamından daha təhlükəli deyil və peyvənd bu mutasiyaya qarşı effektivliyini itirməyib.

“Delta” ştamının yeni variantı ilk dəfə iyunun sonunda Norveç İctimai Səhiyyə İnstitutu tərəfindən aşkar edilib. O vaxtdan bəri ölkənin bir çox yerində yeni varianta yoluxma halları tədqiqatçılar tərəfindən qeydə alınıb. Aşkarlanan mutasiya beynəlxalq təsnifata salınıb və bundan sonra o AY-63 adlandırılacaq.

Norveç Milli Səhiyyə İnstitutunun yaydığı xüsusi məlumatda bildirilir ki, AY-63-ün “delta” ştamının adi versiyasından daha yoluxucu olduğuna dəlalət aşkar edilməyib. “Bizdə peyvəndin ona qarşı yaxşı işləmədiyinə dair heç bir sübut yoxdur və bu səbəbdən narahatçılığa heç bir səbəb görmürük”, – deyə institutda bildiriblər.

ƏvvəlkiXalq artisti Arif Babayev evdə müalicə alır
NövbətiCeyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib