Nobel Arustamyana qadağa onun milliyətinə görə yox, hərəkətinə görə verilib

“Bir neçə gündən sonra bütün dünyanın diqqəti Azərbaycana – Bakıda keçiriləcək Avro-2020 oyunlarına yönələcək. Son günlər müzakirə predmetinə çevrilən məsələ Rusiyanın “Matç TV” kanalının şərhçisi Nobel Arustamyanın Bakıda keçiriləcək oyunları izləyə bilməsi üçün akkreditasiya ala bilməməsidir. Halbuki bu qadağa onun etnik mənşəyinə görə deyil, Azərbaycan qanunlarını pozduğuna görə qoyulub”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov erməni jurnalistin Bakıya gələ bilməməsini şərh edərkən deyib.

Deputat bildirib ki, o, vaxtilə Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğu dövrdə N.Arustamyan dəfələrlə bu ərazilərə icazəsiz səfər edib, oradan şəkillər paylaşıb: “Həmin dövrdə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil edildi və belə şəxslər Azərbaycana buraxılmırdı”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov

C.Osmanov xatırladıb qeyd edib ki, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə erməni əsilli şəxslərin iştirakı və təhlükəsizliyi təmin olunub: “Bu məsələ hər zaman beynəlxalq hüquq və qanunlar çərçivəsində həll olunub”.

Qeyd edək ki, qaydalara görə UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır.

ƏvvəlkiAzərbaycanda daha bir dövlət müəssisəsi startaplara dəstək verəcək
NövbətiFHN çimərlik mövsümünün başlaması ilə əlaqədar əhaliyə müraciət edib