Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Niderland Krallığının Amsterdam şəhərində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə poçt markaları buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amsterdam şəhərində yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində Ümummilli Lider Heydər Əliyevin fotosu, onun “Azərbaycan mənim həyatımın mənasıdır!” fikri və Ulu Öndərin imzası əks olunub.

Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Bu təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyinə, xalqımızın öz Ulu Öndərini böyük ehtiramla yad etdiyinə yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi-880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Covdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

ƏvvəlkiDünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib
Növbətiİstanbulda “Hədəf Kızılelma” sənədli filminin tədimat mərasimi keçirilib