Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib

Azərbaycanın daha bir boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib.

Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü adını yarımfinala yazdıraraq ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.

ƏvvəlkiBakıda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar atəşfəşanlıq olub
NövbətiNiderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb