Naxçıvanda keçirilən təlimlərdə iki qardaş ölkənin bölmə komandirləri arasında təcrübə mübadiləsi aparılır

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimi çərçivəsində iki qardaş ölkənin bölmələrinin komandirləri arasında təcrübə mübadiləsi aparılır.

Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması və döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində keçirilən məşqlər davam edir.

Məşqlər zamanı komandirlərin ərazinin relyefindən faydalanaraq bölmələrin gizli hərəkətini təmin etməsi, məhdud şəraitdə atəşi və bölmələri idarə etməsi sualları işlənilir.

ƏvvəlkiErmənistana məxsus növbəti taktiki PUA məhv edilib
NövbətiAzərbaycanda daha 137 nəfər COVID-19-a yoluxdu, 83 nəfər sağaldı