Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

ƏvvəlkiDaha bir toy videosu yayılan şəxslər cərimələndilər
NövbətiNaxçıvanda keçirilən təlimlərdə iki qardaş ölkənin bölmə komandirləri arasında təcrübə mübadiləsi aparılır