Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi başlayıb.

Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb.

Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetirilir.

Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin  fəaliyyətləri  məşq etdirilir.

ƏvvəlkiTəlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
NövbətiƏməliyyat-taktiki raket kompleksləri təlimə cəlb edilib