Laçında komanda-qərargah təlimi başlayıb

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1245 yoluxma faktı qeydə alınıb
NövbətiHəbsdə olan jurnalistin istintaqı yekunlaşmaq üzrədir