Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1245 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1245 yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 min 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 min 812 nəfər müalicə olunaraq sağalıb, 6 min 778 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 862 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 153, bu günə qədər isə ümumilikdə 5 milyon 32 min 555 test icra olunub.

ƏvvəlkiAzərbaycanda COVID-19 əleyhinə vurulan peyvənd dozalarının ümumi sayı 9 milyon 200 minə yaxındır
NövbətiLaçında komanda-qərargah təlimi başlayıb