Muxtar Babayev Dünya İqlim Fondunun prezidenti ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıb

Dünya İqlim Fondunun prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

ƏvvəlkiQızılın qiyməti yeni rekorda imza atıb
NövbətiAzərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirib