Azərbaycan Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirib

Azərbaycan və Dünya Bankı arasında ikitərəfli əməkdaşlığın prioritetləri nəzərdən keçirilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini – qurumun hazırladığı Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələrini və COP29 tədbiri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə o qeyd edib.

 

ƏvvəlkiMuxtar Babayev Dünya İqlim Fondunun prezidenti ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıb
NövbətiAzərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib